• Bakı 25° C

    7.64 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Rusiya Qara dənizdə Türkiyə şirkətinə məxsus gəmini vurdu: Ölənlər var

DÜNYA

20 Iyul 2026 | 00:53

Rusiya Qara dənizdə Türkiyə şirkətinə məxsus gəmini vurdu: Ölənlər var

Rusiya ordusu Qara dənizdə taxıl daşıyan mülki yük gəmisinə raket zərbəsi endirib.

Bakıvaxtı.az "Unian"a istinadla xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

    Bildirilib ki, Qvineya-Bisau bayrağı altında üzən, Türkiyə şirkətinə məxsus "Golden Leo" quru yük gəmisi döyüş zonasını tərk edərkən üç ədəd X-59/X-69 qanadlı raketlə vurulub.

    Baş verən hücum nəticəsində azı altı dənizçinin həlak olduğu deyilir. Ölənlər arasında bir Ukrayna vətəndaşının da olduğu, ekipajın bəzi üzvlərinin taleyinin isə hələlik naməlum qaldığı bildirilib.

    Ukrayna Hərbi Dəniz Qüvvələri hadisəni Qara dənizdə növbəti terror aktı kimi qiymətləndirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR