• Bakı 10° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

“Messiyə qarşı mərc etmək çox çətindir” - Tramp

DÜNYA

19 Iyul 2026 | 22:39 | Müəllif: Zeynəb Rzayeva

“Messiyə qarşı mərc etmək çox çətindir” - Tramp

ABŞ Prezidenti Donald Tramp DÇ-2026-nın İspaniya və Argentina milliləri arasında keçiriləcək final matçı ilə bağlı proqnozunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fox Sports” telekanalı yayıb.

Messinin oyununu xüsusi vurğulayan Tramp Argentinanın çempionluq şansını daha yüksək qiymətləndirib:

“Finala proqnozum? Messiyə qarşı mərc etmək çox çətindir. O, möhtəşəm oyunçudur. Onun yarımfinalda həlledici ötürməsini gördüm... Sadəcə mükəmməl idi”.

Qeyd edək ki, İspaniya - Argentina qarşılaşması bu gün ABŞ-nin İst-Raterford şəhərindəki “Metlayf” stadionunda baş tutacaq. Cari dünya çempionu titulunu daşıyan Argentina kubokunu qorumağa çalışacaq.

 

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026