İranda MOSSAD ilə əlaqədə şübhəli bilinən 5 nəfər həbs edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat Xorasan əyalətində, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat xidməti tərəfindən həyata keçirilib.
Saxlanılanlara qarşı İsrail kəşfiyyatının xeyrinə casusluq ittihamı irəli sürülüb.
Bakı 




