• Bakı 12° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Lebron Ceyms NBA-da rekord qırdı

İDMAN

22 Mart 2026 | 10:34

Lebron Ceyms NBA-da rekord qırdı

Lebron Ceyms NBA-nın müntəzəm mövsümlərində keçirilən oyunların sayına görə rekord müəyyənləşdirib.

Bakıvaxtı.az  xəbər veriri ki, bu barədə liqa məlumat yayıb.

"Los-Anceles Leykers"in hücumçusu "Orlando"ya qarşı keçirilən oyunda (105:104) meydana çıxmaqla 1 612-ci matçını keçirib və bu göstərici ilə Robert Perişi geridə qoyub.

41 yaşlı basketbolçu karyerası ərzində 4 dəfə NBA çempionu olub, 4 dəfə mövsümün ən dəyərli oyunçusu seçilib və 4 dəfə final seriyasının MVP-si adına layiq görülüb.

Qeyd edək ki, Lebron Ceyms həm də liqa tarixində ən çox xal toplayan və ən çox mövsüm keçirən oyunçudur. Hazırkı mövsüm onun NBA-da 23-cü mövsümüdür. /APA 


SON XƏBƏRLƏR

21 Mart 2026