• Bakı 15° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Cokoviç Federerin rekordunu qırdı

İDMAN

20 Aprel 2026 | 21:42 | Müəllif: Subhan Mahmudov

Cokoviç Federerin rekordunu qırdı

Serb tennisçi Novak Cokoviç ATP reytinqinin ilk beşliyində keçirdiyi həftələrin sayına görə rekord qırıb.

Bakıvaxtı.az sport24.ru-ya istinadən xəbər verir ki, 38 yaşlı idmançı hazırda dünyanın ən yaxşı tennisçiləri siyahısında dördüncü yerdədir.

Hazırda N.Cokoviçin karyerası ərzində dünyanın ən yaxşı beşliyində keçirdiyi artıq 860-cı həftəsi başlayıb.

Bu göstəriciyə görə o, Rocer Federerin rekordunu (859 həftə) geridə qoyub. Reytinqin ilk beşliyində olma müddətinə görə üçüncü yerdə 837 həftə ilə Rafael Nadal qərarlaşıb.

Qeyd edək ki, N.Cokoviç dünyanın birinci raketkası statusunda 428 həftə, R.Federer 310, R.Nadal isə 209 həftə keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026