• Bakı 26° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9632

    RUB - 2.3552

Dalo "Barselona" və "Real"a təklif olunub

İDMAN

20 May 2026 | 16:53

Dalo Barselona və Reala təklif olunub

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Dioqu Dalo İspaniya təmsilçiləri "Barselona" və "Real"a təklif olunub.

Bakıvaxtı.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, bu təklif məşhur agent Xorxe Mendeş tərəfindən irəli sürülüb.

Bu transfer klublara 24 milyon avroya başa gələ bilər.

İspaniya nəhəngləri müdafiənin sağ cinahını gücləndirmək niyyətindədir. Kataloniya təmsilçisi Jül Kundenin çıxışından narazıdır, madridlilər isə Dani Karvahalın yerinə başqa futbolçu almağı planlaşdırır.

Xatırladaq ki, 2018-ci ildən "qırmızı şeytanlar"ın heyətində çıxış edən Dioqu Dalonun hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyun 2026