• Bakı 25° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

"Fənərbağça"da yeni hücumçu

İDMAN

18 Iyun 2026 | 19:55

Fənərbağçada yeni hücumçu

Türkiyənin "Fənərbağça" klubu İspaniyanın "Malyorka" komandasında çıxış edən kosovolu hücumçu Vedat Muriqinin transferini elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Klubumuzun prinsipial razılığa gəldiyi futbolçu Vedat Muriqi tibbi müayinədən keçmək və transfer danışıqlarının yekun mərhələsini tamamlamaq üçün bu axşam İstanbula gələcək", - deyə açıqlamada bildirilir.

Ötən mövsüm 32 yaşlı Vedat Muriqi "Malyorka"nın heyətində 37 oyunda meydana çıxıb, 23 qol vurub. O, İspaniya La Liqasının bombardirlər siyahısında yalnız "Real Madrid"in ulduzu Kilian Mbappedən (25 qol) geri qalaraq ikinci yeri tutub.

"Transfermarkt" portalı kosovolu hücumçunun bazar dəyərini 4.5 milyon avro qiymətləndirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR