• Bakı 24° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Mourinyodan “Real” rəhbərliyinə siyahı - Azı 4 transfer istədi

İDMAN

20 May 2026 | 20:55

Mourinyodan “Real” rəhbərliyinə siyahı - Azı 4 transfer istədi

“Real Madrid”in yeni baş məşqçisi Joze Mourinyo artıq komandanın heyətini gücləndirmək üçün planlar qurmağa başlayıb.

Bakıvaxtı.az “The Touchline” nəşrinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis “kral klubu”nun rəhbərliyinə müraciət edərək eyni vaxtda bir neçə mövqeyin gücləndirilməsini tələb edib.

Mənbənin məlumatına görə, portuqaliyalı çalışdırıcı rəhbərlikdən ən azı 4 yeni futbolçunun transfer olunmasını istəyib.

Mourinyonun komandasında görmək istədiyi mövqelər aşağıdakılardır:

1. Bir və ya iki mərkəz müdafiəçisi;

2. Sağ cinah müdafiəçisi;

3. Bir və ya iki yarımmüdafiəçi;

4. Sağ cinah hücumçusu (vinger).

Xatırladaq ki, J. Mourinyo 2010-2013-cü illərdə də “Real”a rəhbərlik edib. Sözügedən dövrdə o, komanda ilə İspaniya çempionluğu, həmçinin ölkə kuboku və Superkubokunu qazanıb. Portuqaliyalı mütəxəssisin son iş yeri Lissabonun “Benfika” klubu olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyun 2026