• Bakı 26° C

    3.94 m/s

  • USD - 1.7

    EUR - 1.9589

    RUB - 2.334

UEFA FIFA-nın bu qaydasını rədd etdi

İDMAN

19 Iyun 2026 | 20:04

UEFA FIFA-nın bu qaydasını rədd etdi

2028-ci ildə keçiriləcək Avropa çempionatının (Avro-2028) oyunları zamanı məcburi su fasilələrinin tətbiq edilməsi planlaşdırılmır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi nümayəndəsi “Telegraph Sport” nəşrinə müsahibəsində məlumat verib.

Matçların 22-ci və 67-ci dəqiqələrində məcburi su fasilələrinin verilməsi hazırda ABŞ, Meksika və Kanadada keçirilən DÇ-2026-nın ən əsas yeniliklərindən biri olsa da, Avropa futbolunun ali qurumu FIFA-nın bu addımını təkrarlamaq niyyətində deyil:

“UEFA Çempionlar Liqası və Avro-2028 də daxil olmaqla, gözlənilən turnirlər üçün qaydaları dəyişdirməyi planlaşdırmır. Bu növ fasilələr onsuz da mövcud reqlamentdə nəzərdə tutulub. Avropanın hər hansı bir futbol turnirində su fasiləsinə ehtiyac olub-olmaması tamamilə fərdi qaydada, hava şəraitinə uyğun olaraq müəyyən edilir.

Belə hallarda UEFA nümayəndəsi oyundan əvvəl temperaturu ölçür. Sərinləşmək üçün məcburi fasilələr yalnız müəyyən edilmiş hədd aşıldıqda – rütubətli termometrlə 32°C və ya ümumi temperatur 35°C olduqda tətbiq edilir. Daha aşağı temperaturda isə hər hansı digər su fasiləsinin verilməsi müstəsna olaraq qarşılaşmanın baş hakiminin ixtiyarına buraxılır”.

Xatırladaq ki, Avro-2028 Böyük Britaniya və İrlandiyada baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR