• Bakı 27° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.9589

    RUB - 2.334

Levandovski "Çikaqo Fayr"la razılığa gəlib

İDMAN

19 Iyun 2026 | 17:55

Levandovski Çikaqo Fayrla razılığa gəlib

İspaniyanın "Barselona" klubunun hücumçusu Robert Levandovski "Çikago Fayr" (ABŞ) ilə razılıq əldə edib.

Bakıvaxtı.az "Diario Sport"a istinadən xəbər verir ki, tərəflər transferlə bağlı artıq bütün detalları razılaşdırıblar.

37 yaşlı futbolçunun MLS təmsilçisi ilə müqaviləsinin müddəti 2 il olacaq. Sözləşməyə müddətin daha 1 il uzadılması variantı da daxil ediləcək. Keçidlə bağlı rəsmi açıqlamanın növbəti həftə veriləcəyi gözlənilir.

Polşalı hücumçunun yeni klubundakı mövsümlük maaşı təxminən 10 milyon dollar təşkil edəcək. Ona karyerasını bitirdikdən sonra "Çikago Fayr"ın səfiri olmaq təklifi də edilib.

Qeyd edək ki, Robert Levandovski bir müddət öncə "Barselona"dan ayrıldığını açıqlamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR