• Bakı 26° C

    3.94 m/s

  • USD - 1.7

    EUR - 1.9589

    RUB - 2.334

Azərbaycan şahmatçısı Maqnus Karlseni məğlub edib

İDMAN

19 Iyun 2026 | 19:54

Azərbaycan şahmatçısı Maqnus Karlseni məğlub edib

Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen üzərində möhtəşəm qələbə qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, Honkonqda keçirilən partiya rapid və blits üzrə komandalararası dünya çempionatı çərçivəsində baş tutub.

Aydın Süleymanlı dünya reytinqinin liderinə qalib gəlməklə şahmat mediasının diqqətini cəlb edib. Yekunda Azərbaycanın "Odlar Yurdu" komandası Maqnus Karlsenin çıxış etdiyi turnirin əsas favoritlərindən biri olan "WR Chess" üzərində qələbə qazanıb 3,5:2,5.

Qeyd edək ki, "WR Chess"in heyətində Maqnus Karlsen, Fabiano Karuana, Uesli So, Maksim Vaşye-Laqrav və bir sıra digər tanınmış qrossmeysterlər mübarizə aparır.

Hazırda daha çox gənc şahmatçılardan formalaşan "Odlar Yurdu" komandasının 15 xalı var və 8-ci pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR