• Bakı 18° C

    0.43 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

“Qarabağ” növbəti transferinin anonsunu verdi - VİDEO

İDMAN

20 May 2026 | 19:20

“Qarabağ” növbəti transferinin anonsunu verdi - VİDEO

“Qarabağ” klubu rəsmi instaqram hesabında etdiyi paylaşımla növbəti transferinin anonsunu verib.

Bakıvaxtı.az xəbər verir ki, növbəti mövsüm ölkəmizi UEFA Avropa Liqasının I təsnifat mərhələsində təmsil edəcək Ağdam klubu paylaşımda “Tezliklə” qeydini yazaraq yeni futbolçu ilə razılıq əldə olunduğuna işarə vurub.

Xatırladaq ki, “Köhlən atlar” bundan əvvəl fransalı yarımmüdafiəçi Jali Muaddiblə 3 illik müqavilə imzalayaraq yay transfer pəncərəsində ilk keçidini rəsmiləşdirmişdi. 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”ın uğurları üçün çalışacaq və komandada 7 nömrəli formanı geyinəcək.


SON XƏBƏRLƏR