• Bakı 24° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Mirzəcan Xəlilovun oğluna vəzifə verildi

CƏMİYYƏT

20 May 2026 | 17:35

Mirzəcan Xəlilovun oğluna vəzifə verildi

“Azərsutəchizattikinti” ASC-nin Müşahidə Şurasının sədri, Milli Məclisin sabiq deputatı Mirzəcan Xəlilovun oğlu Vüsal Xəlilova yüksək vəzifə verilib.

Bakıvaxtı.az xəbər verir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, o, Mərkəz Regional Futbol Federasiyasının prezidenti seçilib.

Mayın 20-də federasiyanın növbədənkənar V hesabat-seçki yığıncağı keçirilib. Səsvermənin nəticələrinə əsasən, Vüsal Mirzəcan oğlu Xəlilov növbəti 5 il müddətində sözügedən quruma rəhbərlik edəcək.

Xatırladaq ki, V.Xəlilovun atası Mirzəcan Xəlilov V çağırış (2015-2020) Milli Məclisin deputatı olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyun 2026