• Bakı 29° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9589

    RUB - 2.334

Tələbələrdən SƏRT İDDİA: "Odlar Yurdu"nda qiymətləndirmə şəffaf deyil

CƏMİYYƏT

19 Iyun 2026 | 13:20

Tələbələrdən SƏRT İDDİA: Odlar Yurdunda qiymətləndirmə şəffaf deyil

Odlar Yurdu Universitetində keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub.

Şikayətçilərin Bakıvaxtı.az-a verdiyi məlumata görə, universitetdə imtahanlar kompüter vasitəsilə və test formatında təşkil edilir. İmtahan zamanı tələbələrə 25 sual təqdim olunur və maksimum nəticə 50 bal hesablanır. Mövcud məntiqə əsasən, hər sualın dəyərinin 2 bal olduğu qəbul edilir.

Lakin tələbələrin iddiasına görə, imtahan nəticələri açıqlanarkən bir səhv cavabın bəzən 3 bala qədər təsir göstərdiyi müşahidə olunur. Bu halın sualların çətinlik səviyyəsinə görə fərqli qiymətləndirilməsi ilə əlaqəli olduğu ehtimal edilsə də, oxşar vəziyyətin demək olar ki, bütün fənlər üzrə təkrarlanması suallar doğurur.

Narazılıq yaradan digər məqam isə iki səhv cavabın bir düzgün cavabın qazandırdığı balı tamamilə aradan qaldırmasıdır. Tələbələr hesab edirlər ki, tətbiq olunan qiymətləndirmə mexanizmi şəffaf deyil və nəticələrin hesablanması ilə bağlı ətraflı izahat verilməlidir.

Onların fikrincə, mövcud sistem tələbələrin bilik səviyyəsini obyektiv qiymətləndirməkdən daha çox, kəsilmə faizinin artırılmasına xidmət edir.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyun 2026