• Bakı 26° C

    14.19 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Vurulan gəminin həmyerlimiz olan kapitanı dəfn edildi

CƏMİYYƏT

19 Iyul 2026 | 09:14

Vurulan gəminin həmyerlimiz olan kapitanı dəfn edildi

Odessa yaxınlığında vurulan gəminin kapitanı Səməd Nəsrullayevin cənazəsi Lənkəranda torpağa tapşırılıb.

Bakıvaxrı.az-ın verdiyi xəbərə görə, Odessa yaxınlığında vurulan gəminin kapitanı Səməd Nəsrullayevin cənazəsi doğulduğu Lənkəran rayonunun Balıqçılar qəsəbəsinə gətirilib və ailəsinə təhvil verilib. 

    Ailəsi ilə vida mərasimindən sonra kapitanın cənazəsi qəsəbə qəbiristanlığına aparılaraq torpağa tapşırılıb.

    Qeyd edək ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəminin ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Iyul 2026