• Bakı 25° C

    5.67 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Sumqayıtda yol ÖLÜM SAÇIR: Bağçaya gedən uşaqlar... - FOTO - VİDEO

CƏMİYYƏT

17 Avqust 2026 | 19:30

Sumqayıtda yol ÖLÜM SAÇIR: Bağçaya gedən uşaqlar... - FOTO - VİDEO

Sumqayıtda uşaq bağçasına gedən yolun vəziyyəti valideynlərin ciddi narahatlığına səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, valideynlərdən birinin sözlərinə görə, övladını artıq iki həftədir bağçaya aparır və hər gün yolun bir neçə hissəsini keçməli olur. 

Körpənin təhlükəsizliyini təmin etmək üçün onu uşaq arabasında aparan valideyn bildirir ki, Heydər Parkın sonuna qədər yolun vəziyyəti qənaətbəxşdir. Lakin park bitdikdən sonra vəziyyət tamamilə dəyişir. Söhbət həmin ərazidə şirniyyat evinin qarşısında yerləşən ərazidən gedir. 

Valideynin sözlərinə görə, burada piyadaların keçməsi üçün nəzərdə tutulan hissədə səkilər və kafellər yararsız vəziyyətdədir.

“Uşaq arabasını qırıq kafellərin üzərindən keçirmək belə çətindir. Uşağın bütün bədəni silkələnir. Səkinin isə demək olar ki, heç bir hündürlüyü yoxdur. Maşın gələndə piyadanı qoruyacaq təhlükəsizlik məsafəsi belə qalmır”, – deyə valideyn qeyd edib.

Ərazidə ağacların çox olması da piyadaların sürücülər tərəfindən vaxtında görünməsini çətinləşdirir. Valideyn xüsusilə körpə ilə həmin ərazidə yolu keçməyin təhlükəli olduğunu bildirir.

Problemin digər hissəsi isə ərazidəki şirniyyat evfinin qarşısından sonrakı yol keçidindədir. İddiaya görə, piyada keçidinin zolaqları o qədər silinib ki, onları görmək üçün diqqətlə yerə baxmaq lazım gəlir. Ərazidə piyada keçidini göstərən müvafiq nişanın da olmadığı bildirilir.

Bundan başqa, yolun iki istiqamətli olması vəziyyəti daha da riskli edir. Bir tərəfdən avtomobillər hərəkət edir, digər tərəfdən isə arxadan gələn nəqliyyat vasitələri həmin yola dönür. Bağçanın yerləşdiyi ərazidə uşaqların və valideynlərin təhlükəsiz keçidi üçün əlavə xəbərdarlıq nişanlarının olmaması da suallar yaradır.

Valideyn hesab edir ki, bağçanın qarşısında “Uşaqlar”, “Məktəbəqədər təhsil müəssisəsi” kimi xəbərdarlıq nişanlarının quraşdırılması, piyada keçidinin yenilənməsi və yolun təhlükəsizliyinin təmin edilməsi vacibdir.

Digər tərəfdən, yolu keçdikdən sonra piyadalar üçün nəzərdə tutulan səkilərin avtomobillər tərəfindən zəbt edildiyi də bildirilir.

“Bu yolun düzəldilməsi üçün hansı hadisənin baş verməsini gözləyirsiniz?”, - deyə valideyn etiraz edib. 

 

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR