• Bakı 18° C

    1.64 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

Təltif olunanlardan biri baş direktorun müavinidir

SİYASƏT

20 May 2026 | 15:21

Təltif olunanlardan biri baş direktorun müavinidir

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif ediliblər.

Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, təltif edilən Qurbanov Azər Tengiz oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-nin baş direktorunun müavinidir.

Adıçəkilən institutun Elmi metrologiya və etalon şöbəsinin müdiri Musayeva Şəhla Ziyəddin qızı və Tətbiqi metrologiya şöbəsinin müdir əvəzi Şirinov Namiq Paşa oğlu da “Tərəqqi” medalı ilə təltif olunublar.


SON XƏBƏRLƏR

19 May 2026