• Bakı 29° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.9589

    RUB - 2.334

Tramp-Pezeşkian anlaşması sual altında: Müharibə riski yenidən artır?

SİYASƏT

19 Iyun 2026 | 14:00

Tramp-Pezeşkian anlaşması sual altında: Müharibə riski yenidən artır?

ABŞ və İran arasında İsveçrənin Bürgenştok şəhərində keçirilməsi nəzərdə tutulan danışıqlar ləğv edilib. Görüşün ləğv edilməsinin səbəbi və yeni tarix barədə məlumat verilməyib.

Bundan başqa, ABŞ-nin vitse-prezident Cey Vi Vens ABŞ və İran arasında anlaşma memorandumunun imzalanma mərasimində iştirak etmək üçün İsveçrə səfərini təxirə salıb.

Maraqlıdır ki, ABŞ-İran razılaşması ləğv oluna bilərmi? Əgər razılaşma ləğv olunarsa, geosiyasi aləmi nə gözləyir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Azər Qasımov bildirib ki, tərəflər müqavilə şərtlərini özlərinə sərf edən şəkildə təqdim edirlər. Onun sözlərinə görə, ümumiyyətlə, ziddiyyətli məqamlar mövcuddur:

"İran və ABŞ-nin indiki məqamda razılaşmada maraqlı olması onu deməyə əsas verir ki, razılaşma olacaq. Görünən odur ki, müəyyən prinsipial məsələlərdə dəqiqləşdirmələrə ehtiyac var. İsrailin Livanı bombalaması hələ davam edir.

Tərəflərin verdiyi bəyanatlardan görünür ki, ziddiyyətli məqamlar mövcuddur. Bu məqamlar üzərində dəqiqləşdirmənin aparılmasına ehtiyac var".

Azər Qasımov: Tərəflərin bəyanatlarından görünür ki, ziddiyyətli məqamlar mövcuddur

A.Qasımov qeyd edib ki, müqavilə elektron şəkildə də olsa, ABŞ Prezidenti Donald Tramp və iranlı həmkarı Məsud Pezeşkian tərəfindən imzalanıb. Buna görə də razılaşma gec də olsa, imzalanacaq.

"Razılaşmanın olmaması təbii ki, müharibənin yenidən başlaması deməkdir. Geosiyasi olaraq Yaxın Şərq ölkələri artıq yeni koalisiyaların  yaranması astanasındadır. Bura Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və Pakistanın koalisiya yaratmaq planlarını, ABŞ-nin İrana yaradacağı imkanlardan sonra İsrailin yaratmağa çalışacağı "İbrahim  anlaşması" ölkələrinin sıralarını genişləndirmək istəyini əlavə etmək olar", - deyə Azər Qasımov əlavə edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyun 2026