• Bakı 18° C

    1.64 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

Hosaqrahar: Şəhər irsinin qorunması üçün rəqəmsal alətlər genişlənir

WUF13

20 May 2026 | 14:52

Hosaqrahar: Şəhər irsinin qorunması üçün rəqəmsal alətlər genişlənir

Şəhər irsinin qorunması və dayanıqlı urban inkişafın təmin edilməsi məqsədilə rəqəmsal xəritələşdirmə və yeni idarəetmə modellərinin tətbiqi genişləndirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə fikirləri UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktor müavini Jyoti Hosaqrahar WUF13 çərçivəsində keçirilən “Mədəni irsə yeni baxış və inklüziv şəhər yenilənməsi” adlı sessiyada səsləndirib.

O bildirib ki, UNESCO-nun Urban Heritage Atlas platforması tarixi şəhərlərin sistemli şəkildə xəritələşdirilməsi, memarlıq elementlərinin sənədləşdirilməsi və mədəni irs məlumatlarının vahid rəqəmsal bazada toplanması üçün mühüm alət kimi çıxış edir. Bu sistemin üstünlüyü ondan ibarətdir ki, o, ənənəvi memarlıq nümunələrindən tutmuş ekoloji və şəhərsalma aspektlərinə qədər müxtəlif irs qatlarını inteqrasiya olunmuş şəkildə təqdim edir və şəhərlər arasında təcrübə mübadiləsini asanlaşdırır.

Jyoti Hosaqrahar həmçinin qeyd edib ki, hazırlanmaqda olan yeni rəhbər sənəd şəhər irsinin qorunması ilə yanaşı, dayanıqlı və uyğun şəhər inkişafının təşviqinə yönəlib. Sənəd yerli idarəetmə orqanları ilə irs yönümlü planlaşdırma arasında əlaqənin gücləndirilməsini hədəfləyir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

19 May 2026