• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hantavirus həyəcanı: Maska satışı kəskin artdı

CƏMİYYƏT

20 May 2026 | 10:09 | Müəllif: Ayyət Əhməd

Hantavirus həyəcanı: Maska satışı kəskin artdı

Fransada hantavirusla bağlı artan narahatlıq FFP2 maskalarına tələbatı kəskin artırıb.

Bakıvaxtı.az-ın "Le Figaro"ya istinadən məlumatına görə, son 3 gün ərzində ölkədə təxminən 15 min qutu FFP2 maskası satılıb.

Bu göstərici adi dövrdə həftəlik orta hesabla 2 400 qutu olurdu. Artan tələbat qiymətlərə də təsir edib — bir qutunun qiyməti 5 avrodan 7 avroya yüksəlib.

Rəsmi qurumlar vəziyyətin ciddi təhlükə yaratmadığını bildirir. Məlumata əsasən, virusa şübhə ilə təmasda olan 26 nəfərin test nəticəsi mənfi çıxıb və onlar nəzarətdə saxlanılır.

Mütəxəssislər isə virusun ölüm riskinin yüksək olması və inkubasiya dövrünün uzunluğu səbəbindən əhali arasında ehtiyatlılığın artdığını qeyd edirlər.

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026