Mingəçevirli tanınmış futbol mütəxəssisi və idman müəllimi Elburus İsmayılov vəfat edib.
Bakıvaxtı.az-ın məlumatına görə, keçmiş futbolçu 66 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Elburus İsmayılov vaxtilə futbol üzrə SSRİ çempionatının ikinci dəstəsində çıxış edən “Avtomobilçi” (Mingəçevir), həmçinin Azərvbaycan çempionatınım “Kür-Nur” komandalarında çıxış edib. Birinci dviziionun “Energetik” futbol klubunun kömanda rəisi olub.
E.İsmayılov həmçinin şəhər Texniki Humanitar Liseyində idman müəllimi vəzifəsində çalışıb.
Murad İsmayıl
Bakı 



