• Bakı 30° C

    5.11 m/s

  • USD - 1.7

    EUR - 1.9589

    RUB - 2.334

Aylardır maaş üzünə həsrət qalıblar - ŞİKAYƏT - VİDEO

CƏMİYYƏT

19 Iyun 2026 | 08:33

Aylardır maaş üzünə həsrət qalıblar - ŞİKAYƏT - VİDEO

İşlərini təhvil versələr də  şirkətdən aylardır əməkhaqqlarını ala bilmirlər.

Bakıvaxtı.az-ın məlumatına görə, “Agah” şirkətlər qrupunda çalışanlar iddia edirlər ki, şirkət  50-yə yazın işçini işlədib, lakin əmək haqlarını ödəmir. Onların sözlərinə görə, dəfələrlə şirkət rəhbərliyi ilə görüşsələr də, problem həll olunmayıb və vəziyyət dəyişməz olaraq qalır.

Şikayətçilər deyirlər ki, maaşların verilməməsi ilə bağlı onlara müxtəlif səbəblər göstərilir.

Problemlə bağlı "Agah şirkətlər qrupu"nun nümayəndəsi bir müddətdir ki, maaşların verilmədiyini təsdiqləyib. Lakin problemin onlardan qaynaqlanmadığı bildirilib.

Şirkət nümayəndəsi onu da əlavə edib ki, çalışdıqları müəssisə onlara ödəniş edən kimi işçilərin hər birinin əmək haqqı ödəniləcək.

Mövzu ilə bağlı daha ətraflı xezerxeber.az-ın videomaterialında:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyun 2026