• Bakı 18° C

    1.64 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

UN Tourism: Şəhər turizmində əlçatanlıq və çoxsəviyyəli idarəetmə vacibdir

CƏMİYYƏT

20 May 2026 | 15:09

UN Tourism: Şəhər turizmində əlçatanlıq və çoxsəviyyəli idarəetmə vacibdir

Şəhər turizminin düzgün idarə olunması üçün inklüziv yanaşma, əlçatanlıq və çoxsəviyyəli idarəetmə mexanizmləri əsas şərtlərdir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri BMT Turizm Təşkilatının (UN Tourism) nümayəndəsi WUF13 çərçivəsində keçirilən “Mədəni irsə yeni baxış və inklüziv şəhər yenilənməsi” adlı xüsusi sessiyada səsləndirib.

O bildirib ki, şəhər turizminin urban gündəlikdə düzgün yer alması üçün UN-Habitat və UNESCO ilə birgə əməkdaşlıq genişləndirilir. Onun sözlərinə görə, turizm həm iqtisadi dəyər yarada, həm də şəhər sakinləri üçün sosial imkanlar formalaşdıra bilər, lakin bunun üçün balanslı idarəetmə və tənzimləmə zəruridir.

Natiq həmçinin vurğulayıb ki, turizm sahəsində universal dizayn və əlçatanlıq prinsiplərinin tətbiqi vacibdir və bu, həm yerli sakinlərin, həm də turistlərin mədəni irs obyektlərindən bərabər şəkildə yararlanmasına imkan yaradır:

“Şəhər turizminin çağırışdan imkanlara çevrilməsi üçün beynəlxalq, milli və yerli səviyyələrdə çoxpilləli idarəetmə mexanizmləri qurulmalıdır”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

19 May 2026