• Bakı 20° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

Onu işdən çıxardı - FOTO

CƏMİYYƏT

20 May 2026 | 14:07

Onu işdən çıxardı - FOTO

Sumqayıt Dövlət Universitetinin (SDU) beynəlxalq əlaqələr üzrə prorektoru Könül Abaslı vəzifəsindən azad olunub.

Bakıvaxtı.az "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

K.Abaslı artıq bir müddətdir ADA Universiteti rektorunun müşaviri vəzifəsində çalışır. O, təhsilin idarə olunması sahəsinə cavabdehdir.

Qeyd edək ki, K.Abaslı 2003-2007-ci illərdə Bakı Slavyan Universitetində İbtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə bakalavr, 2007-2009-cu illərdə isə Pedaqogika nəzəriyyəsi və tarixi ixtisaslaşması üzrə magistratura təhsili alıb. Həm bakalavr, həm də magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub.

2019-cu ildən müxtəlif ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində tədris aparıb və magistr tələbələrinin dissertasiya işlərinə elmi rəhbərlik edib. 2021-2022-ci illərdə Təhsil İnstitutunda ardıcıl olaraq aparıcı elmi işçi və təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri vəzifələrində çalışıb.


SON XƏBƏRLƏR

19 May 2026