• Bakı 19° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

Saleh Səmədov 200 min manat mənimsəyibmiş

SİYASƏT

20 May 2026 | 11:22

Saleh Səmədov 200 min manat mənimsəyibmiş

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Bakıvaxtı.az qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittihamı elan edib.

İttihamda yazılır ki, Saleh Səmədov cinayət baş verən dövrdə tutduğu vəzifədən istifadə edərək ümumilikdə 200 min manat vəsaiti mənimsəyib.

Bu əməlinə görə ona Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 179.3.2-ci maddələri ilə ittiham elan edilib.

Hazırda dəymiş ziyandan 44 min manat ödənilib. 

Saleh Səmədov ittihama münasibətdə özünü qismən təqsirli bilib. O, növbəti prosesdə sərbəst ifadə verəcək.

Qeyd edək ki, Saleh Səmədov ötən il 9 May - Faşizm üzərində Qələbə Günü keçirilən tədbirdə özünü ifşa etmişdi. Həmin vaxt rayon ağsaqqalının SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etməsi ictimai qınağa səbəb oldu.

Bu qalmaqaldan sonra S.Səmədov vəzifəsindən azad edildi. Bir müddət sonra isə DTX onun korrupsiya cinayətlərini üzə çıxardı. Keçmiş şura sədri 1 ildir həbsdədir.


SON XƏBƏRLƏR

19 May 2026