• Bakı 25° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

SİYASƏT

19 Iyun 2026 | 00:03

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Azərbaycanda hərbi qulluqçuların əməkhaqqı sistemində ciddi dəyişikliklərin hazırlanması ilə bağlı iddialar yayılıb.

Bakıvaxtı.az-a məlumat verən mənbənin sözlərinə görə, hazırda hərbçilərin maaşlarının hesablanması mexanizminin yenilənməsi istiqamətində iş aparılır. İddiaya əsasən, yeni sistemdə əməkhaqqının müəyyənləşdirilməsində əsas meyar vəzifə deyil, hərbi rütbə olacaq.

Mənbə bildirir ki, dəyişiklik qüvvəyə minərsə, eyni rütbəyə malik hərbi qulluqçular arasında maaş fərqlərinin minimuma endirilməsi nəzərdə tutulur. Bununla yanaşı, xidmət zamanı əldə edilən rütbələrin maddi baxımdan daha çox əhəmiyyət daşıyacağı gözlənilir.

Qeyd olunur ki, hazırkı modeldə maaşın əsas hissəsi tutulan vəzifəyə uyğun formalaşır. Yeni yanaşmada isə rütbənin əməkhaqqının hesablanmasında əsas rol oynayacağı iddia edilir.

Məlumata görə, dəyişikliklər yalnız maaşların hesablanması ilə məhdudlaşmaya da bilər. Mənbə bildirir ki, xidmət əlavələri, staja görə ödənişlər və digər təminat mexanizmlərinin də yenidən nəzərdən keçirilməsi müzakirə olunur.

İddialara əsasən, yeni sistemin tətbiqi minlərlə hərbi qulluqçunun aylıq gəlirlərinə təsir göstərə bilər. Lakin məsələ ilə bağlı hələlik rəsmi qərar qəbul edilməyib və aidiyyəti qurumlar tərəfindən açıqlama verilməyib.

Qeyd edək ki, yayılan məlumatlar rəsmi təsdiqini tapmayıb. Məsələ ilə bağlı yeni məlumat əldə olunacağı təqdirdə əlavə məlumat veriləcək.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyun 2026