• Bakı 20° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

Rossbax: Mədəni irs şəhər inkişafının ayrılmaz hissəsidir

WUF13

20 May 2026 | 14:11

Rossbax: Mədəni irs şəhər inkişafının ayrılmaz hissəsidir

Şəhərlərin inkişafı ilə bağlı müzakirələrdə mədəni irs və tarixi yaddaş əsas mövzulardan birinə çevrilməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən “Mədəni irsə yeni baxış və inklüziv şəhər yenilənməsi” adlı xüsusi sessiyada deyib.

Onun sözlərinə görə, şəhərlərin inkişafı müzakirə olunarkən diqqət çox vaxt infrastruktur və texniki məsələlərə yönəlir:

“Adətən nəqliyyat, sanitariya və digər texniki sahələrdən danışırıq. Amma mədəniyyət və irs çox vaxt ön planda olmur. Gələcəyin şəhərlərini planlaşdırarkən keçmişi nəzərə almaq zəruridir. Mənzil siyasətindən tutmuş tikinti materiallarına qədər hər sahədə mədəni kontekst nəzərə alınmalıdır”.

Rossbax qeyd edib ki, mədəni irs dayanıqlı şəhər inkişafının ayrılmaz hissəsidir:

“Mədəniyyət və irs məsələləri mənzil, urbanizasiya və dayanıqlı şəhərlər konsepsiyası ilə sıx bağlıdır. Yeni Şəhər Gündəliyinin 10 illik qiymətləndirilməsi çərçivəsində bu yanaşmalar yenidən nəzərdən keçirilməlidir. Növbəti illərdə şəhər gündəliyini formalaşdırarkən mədəni irsin gələcək inkişaf modelinə təsiri mütləq nəzərə alınmalıdır”.

O, beynəlxalq əməkdaşlığın əhəmiyyətini də vurğulayıb:

“Bu qədər mürəkkəb məsələləri təkbaşına həll etmək mümkün deyil. BMT qurumları arasında əməkdaşlıq genişlənir və biz UNESCO ilə, eləcə də BMT Turizm Təşkilatı ilə sıx iş birliyindəyik. Mədəni irs qorunmadan davamlı inkişaf məqsədlərinə nail olmaq mümkün deyil”.

Rossbax qeyri-formal yaşayış məntəqələri ilə bağlı məsələyə də toxunub:

“Bəzən qeyri-rəsmi məntəqələr qorunmalı ərazilərdə yerləşir. Bu isə həmin icmalarla birlikdə yeni həll yolları tapmaq üçün imkan yaradır. Mənzil hüququnun qorunması gələcəkdə bu cür problemlərin qarşısını almağa kömək edə bilər”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

19 May 2026