• Bakı 20° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

QCGP-nin yeni üzvləri

SİYASƏT

20 May 2026 | 12:43

QCGP-nin yeni üzvləri

"Bu gün Dünya Şəhərsalma Forumu çərçivəsində artıq həyata keçirdiyimiz ikinci beynəlxalq tədbirimizdir. Qlobal Cənub Gənclər Platformasının üzvləri tədbirimizin ikinci hissəsində öz ilk rəsmi iclaslarını keçirəcəklər və burada bir sıra qərarlar qəbul ediləcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov BTQ-nin təşkilatçılığı ilə "Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu" mövzusunda keçirilən beynəlxalq konfransda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qərarlar arasında Qlobal Cənub Gənclər Platformasına yeni üzvlərin daxil olması, gələcəkdə hansı beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması və tədbirlərin hansı ölkələrdə, hansı beynəlxalq təşkilatların qərargahlarında həyata keçirilməsi ilə bağlı təkliflər olacaq:

"Yeni üzvlər müstəqil ölkələrdən Misir, dəniz aşırı ərazilərdən Niderlandın müstəmləkə əsarətində olan Boneyr və Saint-Martindən olacaq".


SON XƏBƏRLƏR

19 May 2026