• Bakı 20° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

Tarixi məhəllələrin qorunmasında insan amili önə çıxır - Dövlət katibi

WUF13

20 May 2026 | 13:43

Tarixi məhəllələrin qorunmasında insan amili önə çıxır - Dövlət katibi

Tarixi şəhər məhəllələrinin qorunması zamanı təkcə tikililərin deyil, həmin ərazilərdə yaşayan insanların həyat tərzinin və sosial mühitinin də saxlanılması vacibdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Mərakeş Krallığının Milli Ərazi, Şəhərsalma, Mənzil və Şəhər Siyasəti Nazirinin Mənzil məsələləri üzrə Dövlət Katibi Adib Benbrahim WUF13 çərçivəsində keçirilən “Mədəni irsə yeni baxış və inklüziv şəhər yenilənməsi” adlı xüsusi sessiyada bildirib.

O vurğulayıb ki, tarixi məhəllələr əvəzsiz mədəni sərvət hesab olunur:

“Tarixi məhəllələr ölçüyəgəlməz dəyərə malikdir. Lakin bu ərazilər köhnə tikililər, zəif yaşayış şəraiti, torpaq təzyiqi və əhalinin köçü kimi problemlərlə üz-üzə qalır. Bu problemlərin həlli yalnız binaların bərpası ilə mümkün deyil. Sadəcə tikililəri təmir etmək kifayət etmir. Tarixi məhəllələrdə insanlar yaşayır və onların həyat tərzi, sosial münasibətləri qorunmalıdır”.

Adib Benbrahim bildirib ki, iqtisadi fəaliyyət olmadan tarixi məkanların qorunması çətinləşir:

“Əgər ərazidə iqtisadi fəaliyyət inkişaf etməzsə, həmin tikililərin qorunması üçün lazım olan resursları təmin etmək mümkün olmayacaq. Tam söküntü və yenidənqurma şəhərin kimliyini məhv edə bilər. Radikal yenidənqurma zamanı köhnə məhəllələrin kimliyi və yaddaşı itir ki, bu da arzuolunan yanaşma deyil”.

O qeyd edib ki, ən doğru model kompleks revitalizasiya yanaşmasıdır:

“Tarixi irs inkişafın alətinə çevrilməlidir. Mədəni irs iqtisadi, sosial və mədəni layihələrə inteqrasiya olunmalıdır. Bu yanaşma infrastrukturun yenilənməsi ilə yanaşı, məşğulluğun artmasına da şərait yaradır. Yaşıl məkanların yaradılması, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və kiçik sahibkarların dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Şəhərlərin tarixi kimliyinin qorunması üçün yerli bizneslərə və kiçik ticarət fəaliyyətlərinə dəstək verilməlidir”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

19 May 2026