İnklüziv şəhər inkişafında əlilliyi olan şəxslər üçün əlçatan, təhlükəsiz və sərfəli həllərin təmin olunması əsas prioritetdir.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Global Disability Innovation Hub-un Tədqiqat və İcra üzrə rəhbəri Mikaela Patrik WUF13 çərçivəsində keçirilən Əlilliyi olan şəxslərin hüquqları üzrə dəyirmi masada çıxışı zamanı deyib.
O bildirib ki, əlçatan və sərfəli tikinti texnologiyaları, eləcə də maliyyələşmə modelləri daha təhlükəsiz və dayanıqlı mənzillərin yaradılmasına töhfə verməlidir. Bu yanaşma həm də iqlim dəyişikliklərinə uyğun şəhər bərpası prosesində sosial müdafiə tədbirlərini gücləndirir və inklüziv infrastrukturu dəstəkləyir.
Patrik əlavə edib ki, şəhər idarəçiliyində əlilliyi olan şəxslərə dair inteqrə olunmuş məlumat sistemlərindən istifadə SDG göstəricilərinin izlənməsi, hesabatlılığın artırılması və CRPD öhdəliklərinin yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:
“Sessiyanın məqsədi inklüzivlik və əlçatanlığın bütün şəhər həllərində əsas prinsip kimi tətbiqini gücləndirmək və bu istiqamətdə birgə fəaliyyətləri genişləndirməkdir”.
Zeynəb Rzayeva
Bakı 




