Azərbaycan BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birlikdə hazırladığı tədris alətini gələn ay və yaxud daha tez təqdim etməyi planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq Əməkdaşlıq və Protokol Departamentinin rəis müavini Günel Məlikova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF-13) çərçivəsində təşkil olunmuş "Milli Şəhər Siyasətləri və Mənzil Həllərindən Əldə Edilən Fikirlərin Əlaqələndirilməsi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, milli şəhər siyasəti mənzil məsələlərini və problemlərini də əhatə etməlidir: "2016-cı ildə Azərbaycanda güzəştli şərtlərlə mənzil təminatı üçün Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldı. O, xüsusi hüquqlara malik bəzi vətəndaşları, şəhid ailələrini, elmi dərəcəsi olan gənc dövlət qulluqçularını, gənc ailələri və sairəni əhatə edir. Qurum əhalinin bir hissəsini əhatə edir, lakin demək olar ki, bu, tam mənada mənzil siyasəti deyil. Bəli, bizdə yenilənməyə ehtiyacı olan Mənzil Məcəlləsi var".
Bakı 




