• Bakı 16° C

    1.44 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

Bakıda aşan ağac 3 gündür yoldan götürülmür: aidiyyəti qurumlar hara baxır? - FOTOLAR

CƏMİYYƏT

20 May 2026 | 17:02

Bakıda aşan ağac 3 gündür yoldan götürülmür: aidiyyəti qurumlar hara baxır? - FOTOLAR

Bakıda son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti ağaclara da ziyan vurub.

Bakıvaxtı.az-ın məlumatına görə, bir neçə gün əvvəl əsən güclü külək paytaxtın Mircəlal Paşayev küçəsindəki parkda irigövdəli ağacı aşırıb. Xoşbəxtlikdən hadisə zamanı insanlara və avtomobillərə ziyan dəyməyib.

Sakinlərin sözlərinə görə, ağacın aşmasından artıq üç gün keçməsinə baxmayaraq, onun ərazidən götürülməsi ilə bağlı heç bir iş görülmür. Onlar bildirirlər ki, aşmış ağac həm gediş-gəlişə mane olur, həm də təhlükə yaradır.

Ərazi sakinləri məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini, lakin hələlik heç bir tədbir görülmədiyini deyirlər.

Aynur Babazadə


SON XƏBƏRLƏR