• Bakı 23° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 1.9632

    RUB - 2.3552

Gürcüstana gediş-gəlişə icazə verildi

SİYASƏT

20 May 2026 | 14:59

Gürcüstana gediş-gəlişə icazə verildi

2026-cı il 25 may saat 00:00-dan dəmiryol nəqliyyatı vasitəsilə Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ilə Gürcüstan arasında giriş-çıxışına icazə veriləcək.

Bakıvaxtı.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyun 2026