• Bakı 19° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

“Energetika Memarlığı” filmi təqdim olundu

CƏMİYYƏT

20 May 2026 | 11:18

“Energetika Memarlığı” filmi təqdim olundu

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “AzərEnerji” ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzi tərəfindən “Energetika memarlığı” adlı film hazırlanıb. 

Bakıvaxtı.az xəbər verir ki, film, Azərbaycanın elektroenergetika sahəsinin tarixi inkişaf yolunu, bu sahədə formalaşmış memarlıq və texnoloji yanaşmaları əks etdirən sənədli ekran işidir. Burada 1883-cü ildə Gədəbəydə ilk elektrik stansiyasının qurulmasından başlayaraq, müasir dövrdə həyata keçirilən iri enerji layihələrinə qədər uzanan inkişaf mərhələləri təqdim edilir.

Ekran əsərində energetika yalnız texniki infrastruktur kimi deyil, həm də şəhərsalma, memarlıq və milli inkişafın mühüm elementi kimi göstərilir. Filmdə Azərbaycanda enerji obyektlərinin keçdiyi təkamül yolu - sovet dövrünün funksional yanaşmasından başlayaraq, müasir dövrdə estetik və rəqəmsal həllərlə zənginləşdirilmiş yeni energetika memarlığı modelinə qədər geniş şəkildə nümayiş olunur.

Filmdə, xüsusilə son 20 ildə həyata keçirilən enerji layihələri, qapalı tipli yarımstansiyalar, rəqəmsal idarəetmə mərkəzləri, müasir elektrik stansiyaları və işğaldan azad edilmiş ərazilərdə qurulan yeni enerji infrastrukturu ön plana çıxarılır. Bununla yanaşı, “yaşıl enerji” konsepsiyası çərçivəsində yaradılan müasir enerji sistemləri də ekran əsərinin əsas mövzularından biridir.

“Energetika Memarlığı” filmi Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, müasir sənaye estetikasının formalaşdırılması və gələcəyin dayanıqlı enerji infrastrukturunun qurulması istiqamətində görülən işləri vizual və tarixi ardıcıllıqla təqdim edir. Film, energetikanın yalnız iqtisadi inkişaf deyil, həm də milli memarlıq düşüncəsi və dövlətçilik baxışının tərkib hissəsinə çevrildiyini nümayiş etdirir.

f


SON XƏBƏRLƏR

19 May 2026