• Bakı 17° C

    0.43 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

Fransa bankına yeni rəhbər təyin edildi

DÜNYA

20 May 2026 | 19:27

Fransa bankına yeni rəhbər təyin edildi

Fransa parlamenti Emmanuel Mulenin "Banque de France"ın rəhbəri vəzifəsinə təyin olunmasını təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, 57 yaşlı məmur əvvəllər Fransa prezidenti Emmanuel Makron tərəfindən namizəd göstərilib.

Mərkəzi bankın hazırkı rəhbəri Fransua Villerua de Qalhau vəzifəsindən vaxtından əvvəl, may ayının sonunda ayrılacaq. Səsvermədən əvvəl ifrat sağ, ifrat sol və Sosialist Partiyasının nümayəndələri Makronun ən yaxın məsləhətçilərindən birinə vəzifə verilməsinə qarşı çıxaraq təyinatı əngəlləməyə çalışıblar.

"Bloomberg"in məlumatına görə, 110 parlamentaridən 58-i Mulenin namizədliyinin əleyhinə səs verib, lakin bu, təyinatı rədd etmək üçün kifayət etməyib.

"Banque de France"ın rəhbəri Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvüdür. Təyinat Yaxın Şərqdəki münaqişə səbəbindən artan inflyasiya təzyiqləri səbəbindən avrozonada çətin iqtisadi şərait fonunda baş verib.

Parlament dinləməsi zamanı Mulen bildirib ki, AMB-nin iyun ayı üzrə faiz dərəcəsi qərarı yeni iqtisadi məlumatlardan asılı olacaq. Onun sözlərinə görə, tənzimləyici orqan inflyasiya gözləntilərinin məhdudlaşdırılmasına xüsusi diqqət yetirməli və eyni zamanda iqtisadiyyat üçün yüksək faiz dərəcələrinin risklərini nəzərə almalıdır.

Avropa Mərkəzi Bankının növbəti iclası 10-11 iyun tarixlərində keçiriləcək.


SON XƏBƏRLƏR