• Bakı 20° C

    2.94 m/s

Güləşçilərimiz Antalyadan 13 medalla qayıdır

İDMAN

20 Aprel 2026 | 12:17 | Müəllif: Əli Hüseynov

Güləşçilərimiz Antalyadan 13 medalla qayıdır

Azərbaycan güləşçiləri Türkiyənin Antalya şəhərində keçirilən "Çempionlar" turnirini 13 medalla başa vurublar.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Turnirin son günündə 4 güləşçimiz fəxri kürsüyə qalxıb. Sərbəst güləşdə Bəşir Verdiyevlə (65 kq) Yusif Dursunov (125 kq) gümüş, Muxamad Qantemirov isə bürünc medal qazanıb.

Yunan-Roma güləşində isə Tural Əhmədov (63 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.

Sərbəst güləş üzrə Azərbaycan millisi turniri 119 xalla komanda hesabında 3-cü pillədə yer alıb.

Beləliklə, "Çempionlar" turnirində güləşçilərimiz ümumilikdə 13 (3 qızıl, 4 gümüş, 6 bürünc) medal əldə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Oktyabr 2026