• Bakı 16° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

"Real"ın yeni kapitanı bəlli oldu

İDMAN

19 May 2026 | 19:55

Realın yeni kapitanı bəlli oldu

“Real”ın növbəti kapitanının kim olacağı müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, “Mundo Deportivo” nəşrinin məlumatına görə, Daniel Karvaxal komandadan ayrıldıqdan sonra kapitan sarğısı Federiko Valverdeyə veriləcək.

Bildirilir ki, klub rəhbərliyi artıq bu qərarı uruqvaylı futbolçuya çatdırıb. Məlumata görə, ikinci kapitan Vinisius Junior, üçüncü kapitan isə Tibo Kurtua olacaq.

Qeyd edək ki, Valverdenin Aurelyen Tçuameni ilə yaşadığı insident klubun onunla bağlı bu qərarı verməsinə mane olmayıb. 

Xatırladaq ki, mayın 7-də məşq zamanı Federiko Valverde ilə Orelien Tçuameni arasında başlayan sözlü mübahisənin sonradan paltardəyişmə otağında davaya çevrilib. Məlumata görə, uruqvaylı futbolçu başından xəsarət alıb və xəstəxanaya aparılıb. Hər iki yarımmüdafiəçinin 500 min avro məbləğində cərimələndiyi qeyd olunub.


SON XƏBƏRLƏR