• Bakı 16° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

“Yerində olsaydım, onu stadionun yaxınlığına belə buraxmazdım”

İDMAN

19 May 2026 | 20:50

“Yerində olsaydım, onu stadionun yaxınlığına belə buraxmazdım”

“Mançester Yunayted”in və İngiltərə millisinin əfsanəvi hücumçusu Ueyn Runi “Liverpul”un ulduzu Məhəmməd Salahın son açıqlamalarına sərt reaksiya verib.

Bakıvaxtı.az  BBC-yə istinadən xəbər verir ki, buna misirli forvardın sosial şəbəkə hesabında mersisaydlıların oyun tərzini tənqid etməsi səbəb olub.

Salah paylaşımında rəqiblərin artıq “Liverpul”dan qorxmadığını iddia edərək, komandanın təcili olaraq öz “hücumçu şəxsiyyəti”nə qayıtmalı olduğunu yazıb. Runi isə futbolçunun baş məşqçi Arne Slotun oyun fəlsəfəsini hədəf alan sözlərini kəskin tənqid edib:

“Arne Slotun yerində olsaydım, bazar günü Salahı heç stadionun yaxınlığına belə buraxmazdım. O, əslində, baş məşqçiyə inanmadığını açıq şəkildə bəyan edərək komandanın ortasına qumbara atdı”.

Xatırladaq ki, cari mövsümün sonunda müqaviləsi başa çatacaq Məhəmməd Salah azad agent statusu ilə “Liverpul”dan ayrılacaq, lakin onun növbəti dayanacağının hara olacağı hələ də qeyri-müəyyən olaraq qalır. 33 yaşlı ulduz futbolçu mersisaydlıların heyətinə hələ 2017-ci ildə, Yurgen Kloppun dönəmində qoşulub və 9 ildir komandanın uğurları üçün çalışır./Qafqazinfo


SON XƏBƏRLƏR