İspaniyanın Real Madrid klubu Türkiyənin milli futbolçusu Arda Güler üçün gələn astronomik transfer təklifini geri çevirib. Səudiyyə Ərəbistanından edilən 80 milyon avroluq təklifin Madrid təmsilçisi tərəfindən dərhal rədd edildiyi bildirilib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın "Fichajes" nəşrinin yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı klublarından biri Arda Gülər üçün 80 milyon avro ödəməyə hazır olub.
Lakin "Real Madrid" rəhbərliyi gənc ulduzu satmaq niyyətində olmadığını açıq şəkildə göstərib.
Xəbərdə qeyd olunur ki, Madrid klubu Arda Güləri komandanın gələcək layihəsinin əsas fiqurlarından biri hesab edir. Klub rəhbərliyi Ardanı "toxunulmaz" oyunçular siyahısına daxil etdiyini və onunla uzunmüddətli planlar qurduğu vurğulayıb.
2026-cı il Dünya Kuboku öncəsi edilən bu transfer təklifi futbol dünyasında böyük rezonans doğurub. Mütəxəssislər Arda Gülərin mundialdakı mümkün uğurlu çıxışından sonra bazar dəyərinin daha da yüksələcəyini düşünürlər.
Gənc futbolçu bu mövsüm "Real Madrid" forması ilə 50 rəsmi matçda meydana çıxıb. Arda Gülər həmin oyunlarda 6 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Türkiyə millisinin əsas ümidlərindən biri sayılan Arda Gülər hazırda həm klubunda, həm də milli komandada gələcəyin ən parlaq ulduzlarından biri kimi göstərilir. (Musavat.com)
Bakı 




