Hər il Novruz bayramı Dövlət Sərhəd Xidmətinin “Qazax” Əlahiddə Sərhəd Diviziyasında qeyd olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu il də bayram şənliyində diviziyanın komandiri, general- mayor Misir Əliyev əsgərləri ilə rəqslər edib, onların sevincinə qoşulub.
Ənənəsinə sadiq qalan M.Əliyev builki tədbirdə azyaşlı rəqqasəylə yumurta döyüşdürüb və qalib gəlib.
"Keçəl"in "Siz qalib ordunun generalısınız uduza bilməzsiniz" sözlərinə generalın cavabı belə olub: "Generallar, hərbçilər düşmənə uduzmaz, xanımlara uduzar".
Qeyd edək ki, generalın bu sözləri sosial mediada viral olub.
Aydın Baxış
Bakı 




