Bolqarıstanın şimalında, Qara dəniz sahilində yerləşən Şabla şəhəri ərazisindəki çimərliklərdə 300-dən çox fırtınaquşunun və doqquz delfinin cəsədi aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, bu, son 20 ildə həmin fauna nümayəndələrinin ilk kütləvi tələfatıdır.
Materialda qeyd olunub ki, delfinlər və fırtınaquşları ciddi şəkildə qorunan növlərdir və onların mühafizəsi həm milli, həm də beynəlxalq səviyyədə prioritet sayılır.
Mütəxəssislər ölüm səbəbini müəyyənləşdirmək üçün zəruri analizlər götürüblər.
Bakı 




