• Bakı 18° C

    2.36 m/s

Şəmkirdə yanğın - VİDEO

HADİSƏ

22 Mart 2026 | 12:00 | Müəllif: Subhan Mahmudov

Şəmkirdə yanğın - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-nin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ümumi sahəsi 50 m² olan birmərtəbəli fərdi yaşayış evinin dam örtüyündə baş vermiş yanğın genişlənməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində üçotaqlı fərdi yaşayış evinin dam örtüyü 10 m² sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026