q
  • Bakı 12° C

    8.25 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

43 yaşlı kişi çardaqdan yıxılıb öldü

HADİSƏ

20 Aprel 2026 | 19:19

43 yaşlı kişi çardaqdan yıxılıb öldü

Samux sakini bədbəxt hadisə nəticəsində ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini 43 yaşlı Yavər Məmmədov həyətində çardağı təmir edərkən yıxılıb.

O, ağır vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun usta olduğu bildirilir.

Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma başlanılıb./“Qafqazinfo”


SON XƏBƏRLƏR