q
  • Bakı 10° C

    7.91 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

Qubada qəzada xəsarət alanlardan XƏBƏR VAR

HADİSƏ

21 Aprel 2026 | 08:39

Qubada qəzada xəsarət alanlardan XƏBƏR VAR

Aprelin 20-də Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (kişi) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib.

Verilən məlumata görə, zərərçəkənlərə bazu sümüyünün və bədənin müxtəlif nahiyələrinin sınığı, qapalı kəllə-beyin travması, başın tüklü hissəsinin sıyrılmış yarası, döş qəfəsinin küt travması, koma vəziyyəti, bədənin müxtəlif nahiyələrinin diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

1965-ci il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində, 1980 və 1983-cü il təvəllüdlü şəxslərin müalicələri Travmatologiya şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

    Daha bir nəfər, vəziyyəti ağır qiymətləndirilən 1985-ci il təvəllüdlü şəxsin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir.

    Qeyd edək ki, aprelin 20-də Qubada yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Quba-Dəlləkli kənd yolunda qeydə alınıb. "Chevrolet" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

    Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal təcili tibbi yardım maşınları ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


    SON XƏBƏRLƏR

    20 Aprel 2026