Türkiyənin İstanbul şəhərində çökən binaların sayı 3-ə çatıb. İlkin məlumata görə beş nəfər dağıntılar altında qalıb, onlardan dördü xilas edilərək xəstəxanaya aparılıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Fatih rayonunda baş verib.
İstanbul Valiliyindən verilən məlumata görə, hadisənin yerli vaxtla saat 12:00 radələrində binalardan birində təbii qaz səbəbindən baş verən partlayış nəticəsində meydana gəldiyi ehtimal edilir.
Hazırda bölgədəki ətraf binalarda sakinlər təxliyə edilir. Axtarış-xilasetmə işləri davam edir.
14:00
Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda bina çöküb.
Bakıvaxtı.az xəbər verir ki, hazırda dağıntılar altında axtarış-xilasetmə işləri davam etdirilir.
Bir nəfər yaralı xilas edilib.
Bakı 








