Ölkəmizdə elektrik stansiyaları və infrastruktur hədəfə alındıqdan dərhal sonra region boyunca həyati əhəmiyyətli infrastrukturlar, enerji və neft obyektləri legitim hədəf hesab ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf özünün X səhifəsində yazıb.
“Onlar geridönməz şəkildə məhv ediləcək. Neftin qiyməti isə uzun müddət yüksək qalacaq”, - o əlavə edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını 48 saat ərzində açmayacağı təqdirdə İranın müxtəlif elektrik stansiyalarına zərbələr endirəcəyi ilə hədələyib./Axar.az
Bakı 




