ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf sabah İslamabada danışıqlara rəhbərlik edəcəklər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Associated Press“ regional rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ və İran yeni danışıqlar raundunu sabah İslamabad şəhərində keçirməyə hazır olduqlarını bildiriblər.
***
15:58
İran ABŞ ilə danışıqlarının ikinci raundunda iştirak etməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fars” informasiya agentliyi mənbələrə istinadla məlumat yayıb.
“Son bir neçə gün ərzində bəzi media orqanları İslamabadda danışıqların ikinci mərhələsinin keçiriləcəyi barədə məlumat yaysa da, İranın danışıqlarda iştirak etməməsi ilə bağlı mövqeyi indiyə qədər dəyişməyib”, mənbə qeyd edib.
Bakı 




