• Bakı 19° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

Neapol şəhərində zəlzələ baş verib

DÜNYA

21 May 2026 | 14:24

Neapol şəhərində zəlzələ baş verib

İtaliyanın cənubunda yerləşən Neapol şəhərində maqnitudası 4.4 bal gücündə zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutuna istinadən məlumat yayıb. Bildirilib ki, sakinlər küçələrə çıxıblar.

Qeyd edilib ki, zəlzələnin episentri Neapolun qərb sərhədlərindən Aralıq dənizinə qədər uzanan, vulkanik baxımdan aktiv olan Fleqrey çöllərində yerləşib.

İlkin məlumatlara görə, hər hansı dağıntı faktı qeydə alınmayıb. Bu, sözügedən bölgədə son illər ərzində baş vermiş ən güclü zəlzələlərdən biri hesab edilir. Vezuvi vulkanının ətəklərində və Neapolun müxtəlif rayonlarında hiss olunub. Təhlükəsizlik tədbiri olaraq bu gün bir neçə məktəbdə tədris dayandırılıb.


SON XƏBƏRLƏR

20 May 2026