• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İstanbuldakı Azərbaycan Evi təqdim edildi

CƏMİYYƏT

22 Mart 2026 | 16:50 | Müəllif: Subhan Mahmudov

İstanbuldakı Azərbaycan Evi təqdim edildi

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə İstanbulda Türk dünyası Mədəniyyət Məhəlləsindəki Azərbaycan Evi təmir və yenidənqurmadan sonra təntənəli mərasimlə ictimaiyyətə təqdim edilib.

Bu barədə Bakıvaxtı.az-a Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Tədbirdə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsini icra edən Nuri Aslan, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, İstanbuldakı Baş konsulluğumuzun konsulu Mürşüd Məmmədov, dövlət nümayəndələri, İstanbulda fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, yerli Azərbaycan diasporunun təmsilçiləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, İstanbulda yerləşən “Türk Dünyası Mədəniyyət Məhəlləsi” açıq hava muzeyində də türkdilli xalqların mədəniyyətini əks etdirən müxtəlif eksponatlar nümayiş olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026