• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda yeni PUA hazırlandı - VİDEO

CƏMİYYƏT

21 Aprel 2026 | 16:28

Azərbaycanda yeni PUA hazırlandı - VİDEO

Azərbaycanda yeni pilotsuz uçuş aparatı (PUA) hazırlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-dən məlumat verilib.

Bildirilib ki, PUA Milli Aviasiya Akademiyasında istehsal olunub. 

“Akademiyanın peşəkar mütəxəssislərin yüksək keyfiyyətlə ərsəyə gətirdiyi bu qurğu texniki imkanları ilə seçilir”, - qurumdan qeyd olunub.

Dron Xəzər dənizində 10 kilometr məsafəyə qədər 10 kiloqramadək yük çatdırılması, eləcə də aeroçəkilişlər üçün nəzərdə tutulub.

Cihaz aeroçəkiliş rejimində 40 dəqiqə, fasiləsiz yükdaşıma rejimində isə 30 dəqiqə havada qala bilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026